Xidmətlər - Dr. Ağa Ağazadə | Androloq Aga Agazade | Androloq hekim bakida
<language>ru</language>
QADINLARDA CİNSİ FƏALİYYƏT POZULMALARI
<!--TEnd-->Cinsi fəaliyyət,damar,neyrogen və endokrin sistemlərlə bağlı qarışıq bir müddətdir.bu fəaliyyət qadının həyat fəaliyyətinə və ümumi sağlamlığına təsir edir.
Qadınlarda cinsi fəaliyyətin disfunksiyası:Cinsi istəyin posulması,orqazm,qıcıqlandırılma,cinsi əlaqə zamanı ağrı kimi problemlərin bir neçəsini və ya hamısını özündə birləşdirən,psixoseksual xəstəliklərin cəmi olub,qadının həyat fəaliyyətinə və sağlamlığına mənfi təsir edir.
Qadınlarda cinsi fəaliyyətin pozulması  beynəlxalq bir problem olub,etnik kökən,İrq,din və yaşanılan əraziyə görə yayılma dərəcəsi fərqlidir.
Cinsi fəaliyyətə mənfi təsir edən bir çox faktorlar mövcütdur belə ki: neyrogen,qan  təchizatı pozulması,hormonal disbalans,Əzələ patalogiyası  və psixogen faktorları göstərmək olar.
Hormonal dəyişikliklər (menopauza),yaş,bədən görünüşü,təhsil,hamiləlik,partnyorla bağlı problem,partnyorun ümumi və cinsi sağlamlıq problemi kimi faktorlar qadınlarda cinsi fəaliyyətin pozulmasına yol aça bilir.
Qadınlarda seksual fəaliyyət pozulmaları bir neçə yerə ayrılır:
- Cinsi əlaqə zamanı ağrı 
- Cinsi marağın azalması və ya itməsi
- Cinsi əlaqə zamanı hissiyatsızlıq
- Orqazm ola bilməmək və ya natamam orqazm
Bütün bunları nəzərə alaraq,yaranmış vəziyyətin səbəbini tapıb müalicə etmək lazımdır.]]></description>
QADINLARDA ORQAZM POZĞUNLUĞU
<!--TEnd-->Qadınlarda orqazm pozğunluğu bir çox səbəblərdən baş verə bilir. Başlıca olaraq səbəbləri Psixoloji və Orqanik olaraq iki yerə ayırmaq olar:
Psixoloji səbəblərə nəzər saldıqda qadınlarda stress faktoru, düzgün seçilməyən poza, cinsi əlaqənin requlyator olmaması, emosional durum və s.
Orqanik faktorlar dedikdə orqanizmdə olan hər hansi xəstəliklər fonunda baş verən orqazm pozğunluğu, qadın cinsiyyət sistemində olan xəstəliklər, cinsi yolla keçirilmiş infeksiyalar, hormonal problemlər, keçirilmiş cərrahi əməliyyatlar və s. 
Bunlarla yanaşı qeyd etmək istəyirəm ki, qadınlarda cinsi əlaqə 4 fazadan ibarətdir.
1. libido, yəni cinsi istək
2. uyarılma, yəni qıcıqlanma
3. orqazm
4. rezolusyon, yenidən hazırlıq
Cinsi əlaqə zamanı qadınlarda bu fazalar bir birini tamamlayır. Sübut olunmuşdur ki qadınların 40-60%-i orqazma çata bilmir bunun səbəbi kişilərdə olan erkən boşalmanın baş verməsidir. Kişilərdə olan erkən boşalma zamanı qadınlarda uyarılma, yəni qıcıqlanma fazasında zəncir qırılır və bu zaman qadın orqazma çatmır. Buna görə də öncül olaraq kişilərdə olan erkən boşalma müalicə olunduqda problem aradan qalxır. Müalicə olunmadıqda qadınlar bütün həyatları boyu orqazmın nə olduğunu bilmir. Vaxtında ixtisas həkiminə edilən müraciət, aparılmış müayinə, səbəbin aşkar olunub müalicə olunması - qadınlarda orqazm probleminin həll olunmasiyla nəticələnir.]]></description>
Qadınlarda cinsi maraq azlığının müasir müalicəsi
<!--TEnd-->Libido pozğunluqları qarışıq sekual dosfunksionlardandır və şəxsin somatik, psixiki, sosial, problemlərinin bir və ya bir neçəsinin birləşməsiylə ortaya çıxa bilir. Normal insanda seksual istək baş beyində 4 bölgənin fəaliyyəti nəticəsində meydana çıxır və Androgenlər önəmli rol oynayır. Tədqiqatlara əsasən sübut olunmuşdurki Libido itməsi qadınların 50%-də, kişilərin 10%-də rast gəlinməkdədir.
Kişilərdə Testosteron azlğı Baş beyinlə (hipofizlə əlaqədar) və Testistlərdə olan çatışmamazlıqla əlaqədar ola bilir. Buna görədə libido azalması olan xəstələrdə Testosteron səviyyəsinə baxılmalıdır.
Bunlardan başqa Libido azalması Xəstənin psixoloji durumuna görədə baş verə bilir. Depressiv hal, həyat tərziylə əlaqədar olan faktorlar və sairə. Eləcədə xəstədə hər hansı sistemik xəstəliklərin olub olmaması nəzərə alınmalıdır. Qəbul etdiyi dərman preparatlarına, cərrahi əməliyyat olub olmamasına və digər faktorlara nəzər salınmalı, səbəb tapılıb düzgün müalicə olunmalıdır.]]></description>
CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALAR, URETRAL AXINTI
<!--dle_image_end-->Uretral axıntı cinsi yolla keçən xəstəliklərin ən çox görülən halıdır. Bol sarı-yaşıl rəngli axıntı Qonokokk uretritini işarə edərkən, spesifik olmayan uretritdə isə axıntı az miqdarda və şəffaf olur. Qanlı axıntı zamanı uretra xərçəngindən şübhələnmək olar.
Uretrit zamanı sidik kanalından gələn axıntı ilə birlikdə, dizurik əlamətlər də görülə bilər. Tez-tez sidiyə getmə, ani sidiyə getmə hissi, sidik kisəsinin iltihabına görə daha zəif görülən haldır.
Uretrit ən çox N.Gonorrhea və Trichomonas vaginalis infeksiyaları zamanı müşahidə olunur.
Xlamidia infeksiyasının aşkar olunmasında, cinsi partnyorların məlumatlandırılması və müalicəsi baxımından önəmlidir.
Uretritlərin Qonokkok infeksiyasından başqa 20-30%-ni Ureoplazma Ureolitikum, Mikoplazma genitalum və ya Mikoplazma hominis, infeksiyaları təşkil edir. Bu infeksiyalar gizli gedə bilər. Bunun üçün hal hazırda ən müasir analiz metodu olan Polimeraz Zəncirvari Reaksiyası(PZR) ilə bunları aşkara çıxarıb müalicə etmək mümkündür.
Urogenital infeksiyaları vaxtında aşkara çıxarıb düzgün müalicə edən zaman gələcəkdə rast gəlinən fəsadların qarşısı alınmış olur.]]></description>
KİŞİLƏRDƏ ORQAZM POZĞUNLUQLARI
<!--TEnd-->Kişilərdə orqazm pozğunluqları: Gecikmiş eyakülyasiya (boşalmanın gecikməsi), Aneyakulyasiya (boşalmanın olmaması), Anorqazm(orqazmın olmaması) olmaqla 3 yerə ayrılır.
Kişilərdə orqazm pozğunluğu Orqanik və psixoloji olaraq 2 yerə ayrılır.
Sinir sisteminə təsir edən dərmanlar, müxtəlif xəstəliklər,keçirilmiş cərrahi əməliyyatlar və sairə səbəb ola bilir.
Müxtəlif sinir sistemi xəstəlikləri: onurğa beyni yaralanmaları, Prostat vəz əməliyyatları, Düz bağırsaq əməliyyatları, sidik kisəsində aparılan cərrahi, cinsi yolla keçirilmiş infeksiyalar, uretrit, sistit, Cinsiyyət yollarının vərəmi, Hormonal səbəblər, müxtəlif dərmanlar, aşırı dərəcədə spirtli içkilərdən istifadə bu problemlərə yol aça bilir.
Bütün bu problemlərlə yanaşı psixoloji mənşəli Orqazm pozğunluqlarına rast gəlmək mümkündür.
Aparılmış geniş androloji müayinələrdən sonra problemin səbəbini tapıb düzgün müalicə olunduqda xəstələrdə yenidən orqazm bərpa olunur.]]></description>
ERKƏN BOŞALMA NƏDİR
<!--dle_image_end-->Kişiləri ən çox narahat edən və sinir sisteminin pozulmasına qədər gətirib çıxaran vaxtından əvvəl boşalma 20-30% ə qədər hallarda rast gəlinir. Erkən boşalmanın səbəbləri müxtəlifdir. Beləki ilk oncə ondə duran səbəblərdən biri psixoloji gərginliyin olmasıdır. Düzgün seçilməmiş poza, Requlyator cinsi əlaqədə olmamaq,qadina qarşı olan marağın dahada yüksək olması və sairə halları misal göstərmək olar.
Digər səbəblərdən cinsi yolla keçən infeksiytaları misal göstərmək olar. Belə ki, infeksiyaya yoluxduqdan sonra bir müddət keçdikdə vaxtında müalicə olunmadıqda və ya düzgün müalicə olunmadıqda infeksiya prostat vəzə qədər gedib çıxır və Prostat vəzin ilthabı yaranır buna Prostatit deyilir.
Bundan əlavə orqanizmdə hormonal disbalans olduqda erkən boşalma baş verə bilir, ələxsus da Zob xəstəliyi zamanı, testosteron hormonu yüksək olduqda, Prolaktin hormonu normadan aşağı səviyyəyə düşdükdə erkən boşalma halları baş verir.
Erkən boşalmanın müalicəsində müasir dövrdə psixoterapiya üstünlük təşkil edir. Bundan başqa yerli keyləşdiricilər yəni cinsiyyət üzvünə istifadə olunan kremlər vardır. Dərman müalicəsi də mümkündür.]]></description>
CİNSİ MARAĞIN (LİBİDO) İTMƏSİ
KİŞİLƏRDƏ CİNSİ ZƏİFLİYİN SƏBƏBLƏRİ
ORQANİK SƏBƏBLƏR:
1. Vaskulyar (damar mənşəli): 
• Arterial
• Kavernozal
• Qarışıq
2. Neyrogenik (sinir mənşəli)
3. Anatomik
4. Endokrinoloji (hormonal mənşəli)
PSİXOLOJİ SƏBƏBLƏR:
1. Generalizə olunmuş tip
a) Generalizə olunmuş cavabsızlıq - bu zaman birincili olaraq cinsi qıcıqlanmaya cavab olmur və ya yaşla əlaqədar olaraq cinsi qıcıqlara cavab azalır.
b) Xroniki seksual yaxınlaşmanın azalması və ya yox olması.
2. Vəziyyətə görə
a) Partnyorla əlaqədar olaraq: cinsi əlaqəyə başlayan zaman qıcıqlanmanın olmaması və ya partnyor uyğunsuzluğu.
b) Psixoloji stress və ya özünü adaptasiya etməkdə çətinlik çəkmək: ruh düşgünlüyü, yaşam tərzi ilə əlaqədar stress faktorları.]]></description>
PROSTAT VƏZ XƏSTƏLİKLƏRİ HANSILARDIR
<!--TEnd-->Prostat vəz kişilərdə olan şabalıd böyüklüyündə bir orqandır. Kiçik çanaqda sidik kisəsinin çıxış hissəsində olub,uretranın ətrafını əhatə edir. Yeni doğulmuşlarda və uşaqlarda çox kiçik olub, gənc yaşlarda Testosteron hormonunun təsiri ilə böyüyub 20ml-ə çatır. Digər orqanlarla müqayisədə çox kiçik orqan olmasına baxmayaraq, orta yaş həddini keçmiş kişilərdə önəmli xəstəlik qaynağıdır.
Prostat vəz 3 bölgəyə ayrılır: Mərkəzi zona, periferik zona və keçiş zonası. Periferik zona prostat vəzin arxa hissəsində yerləşir. Bu bölgə Prostat xərçənginin və Prostatitin əmələ gəlməsində ən uyğun yerdir. Kişilərdə ən çox rast gəlinən Prostat vəzin xoşxassəli hiperplaziyası isə mərkəzi zonada əmələ gəlir.
Prostat vəzin funksiyası: Prostat vəz spermanın tərkib hissəsini təşkil edən maye ifraz edir. Orqazm zamanı Prostat vəz və toxum kisəciklərinin yığılması nəticəsində, içərisində olan spermanın tərkib hissəsini təşkil edən qatışıqları ifraz edir.
Prostat vəzin ən çox görülən xəstəlikləri.
Qeyd etdiyimiz kimi prostat vəz uretranı əhatə etdiyindən prostat vəzdə hər hansı bir problem olduğu zaman sidik ifrazında, sidik kisəsinin boşalmasında müəyyən problemlər yaranır.
Prostat vəzin ən çox görülən 3 xəstəliyi vardır.
1. Kişilərdə potensial olaraq ölümcül xəstəliklər sırasında ikinci yer alan Prostat vəz xəstəlikləri arasında birinci yer tutan prostat xərçəngi.
2. Tez-tez sidiyəgetmə və sidik ifrazı zamanı ifrazın zəifləməsi ilə müşahidə olunan və orta yaş həddini keçmiş kişilərdə çox rast gəlinən Prostat vəzin xoşxassəli hiperplaziyası.
3. Əsasən gənc və orta yaş kişilərdə ağrı, anus nahiyyəsində, xayalarda ,aralıq nahiyyəsində ağrıların olmasıyla nəticələnən Prostatit.
Ümumiyyətlə hər 3 Prostat xəstəliyi normal yaşam tərzini pozur. Kişilərdə Prostat vəz xəstəlikləri zamanı çox vaxt xəstələr simptomlara əhəmiyyət vermirlər və vaxtında həkimə müraciət etmirlər və xəstəlik dahada irəliləmiş halda həkimin köməyinə ehtiyyac duyurlar...  Vaxtında müayinə və müalicə olunduqda dahada çətin müalicə olunan problemlərin qarşısını almış olursunuz !]]></description>
KİŞİ SONSUZLUĞU NƏDİR
KİŞİ SONSUZLUĞU
Evli cütlüklərin 1 il ərzində requlyator və qorunmasız cinsi əlaqədə olmalarına baxmayaraq hamiləlik baş tutmursa bu hal sonsuzluq sayılır. 35 yaşdan yuxarı çütlüklər isə 6 ay müddətində qorunmazıs və requlyator cinsi əlaqədə olmalarına baxmayaraq hamiləlik baş tutmursa sonsuzluqdan sayılır.. 
Sonsuzluq 40% kişi, 40%qadın və 20% hallarda həm kişi həm qadında olan problemlərdən dolayı baş verir.
Sonsuzluğun səbəbləri müxtəlifdir:
1. İdiopatik sonsuzluq-buna səbəbi məlum olmayan sonsuzluq deyilir. Həm kişidə həm qadında aparılan geniş profilli müayinələrə baxmayaraq hər iki tərəfdə müayinələr normal çıxır lakin hamiləlik baş tutmur.
2. Varikosel-Testislərdə yəni xayalarda,ən çox hallarda sol xayada toxum ciyəsi venalarının genişlənməsi nəticəsində baş verən sonsuzluq halı. Varikosel 40%ə yaxın kişilərdə rast gəlinir. Sonsuzluqla müraciət edənlərin 15-20%-də varikosel aşkarlanır.
3. Hormonal problemlərdən dolayı baş verən sonsuzluq halı (Hipoqonadotropik-hipoqonadizm,Hiperprolaktinemiya,Tireoid vəz xəstəlikləri,,klinefelter sindromu,və s. ).
Bu zaman Xəstə ətraflı müayinələrdən keçib, hormonal analizlərə baxıldıqdan sonra düzgün seçilmiş müalicə taktikası nəticəsində sonsuzluq halı aradan qalxır.
4. Kriptorxizm-Testislerin yəni xayaların xayalığa enməməsi qasıq kanalında yada kiçik çanaqda qalması halıdır.Vaxtında aşkar olunmuş kriptorxizm cərrahi əməliyyatdan sonra sonsuzluq halının qarşısı alınır.
5. Cinsi yolla keçirilmiş infeksiyalar-Cinsi yolla keçirilmiş infeksiyalar sonsuzluğa səbəb ola bilir. Düzgün seçilmiş antibiotikoterapiya nəticəsində mikroblardan təmizlənilir və problem aradan qalxır.
6. Sosial mühit yaşam faktoru.... (siqaret,spirtli içkilərə aludəçilik,narkomaniya)
Sonsuqluğun səbəbləri genişdir . Vaxtdında Toy qabağı aparılmış müayinələr nəticəsində sonsuzluğu yaradan faktor aşkar olunarsa yeni qurulmuş ailədə sonsuzluq problemi ilə qarşılaşma halları azalmış olar.]]></description>