RANDEVU AL

HEMATOSPERMİYA (Qanlı sperma)

HEMATOSPERMİYA (Qanlı sperma)
Hematospermiya spermaya qanın qarışmasıdır. Çox hallarda Prostat və və ya Toxum kisəciklərinin ilthabı nəticəsində baş verir və bir neçə günə öz-özünə keçib gedir.Uzun müddət cinsi əlaqədə olmayan və ya mastrubasiya etməyən kişilərdə rast gəlinə bilir.
Hematospermiya şikayəti düzəlməyən xəstələrdə isə, Androloji müayinədən keçməlidir. Ama buna baxmayaraq etioloji faktor çox nadir tapılır. Cinsiyyət sistemi Vərəmindən şübhələndikdə, Cinsi yolların müayinəsi və rektal müayinə, Prostat vəz xərçəngini inkar etmək üçün PSA analizi, Rektal müayinə, və Prostat biopsiyası aparılmalı və ya sidyin sitoloji müayinəsi aparılmalıdır.
Hematospermiya Prostat biopsiyasından sonra 10-15% hallarda görülməkdədir və biopsiyadan sonra 4-6 həftə ərzində görülə bilər. Lokal(yerli), irəliləmiş Prostat xərçəngi olan xəstələrdə Hematospermiya və ya eyakulyasiyanın azalması müşahidə olunur. Toxum kisəsində daş olan xəstələrdə qanlı sperma ilə yanaşı,eyakulyasiyanın ağrılı olması, qarının aşağı hissəsində ağrı, müşahidə oluna bilər.