RANDEVU AL

KİŞİ SONSUZLUĞU NƏDİR

KİŞİ SONSUZLUĞU NƏDİR

KİŞİ SONSUZLUĞU


Evli cütlüklərin 1 il ərzində requlyator və qorunmasız cinsi əlaqədə olmalarına baxmayaraq hamiləlik baş tutmursa bu hal sonsuzluq sayılır. 35 yaşdan yuxarı çütlüklər isə 6 ay müddətində qorunmazıs və requlyator cinsi əlaqədə olmalarına baxmayaraq hamiləlik baş tutmursa sonsuzluqdan sayılır..
Sonsuzluq 40% kişi, 40%qadın və 20% hallarda həm kişi həm qadında olan problemlərdən dolayı baş verir.

Sonsuzluğun səbəbləri müxtəlifdir:



1. İdiopatik sonsuzluq-buna səbəbi məlum olmayan sonsuzluq deyilir. Həm kişidə həm qadında aparılan geniş profilli müayinələrə baxmayaraq hər iki tərəfdə müayinələr normal çıxır lakin hamiləlik baş tutmur.
2. Varikosel-Testislərdə yəni xayalarda,ən çox hallarda sol xayada toxum ciyəsi venalarının genişlənməsi nəticəsində baş verən sonsuzluq halı. Varikosel 40%ə yaxın kişilərdə rast gəlinir. Sonsuzluqla müraciət edənlərin 15-20%-də varikosel aşkarlanır.
3. Hormonal problemlərdən dolayı baş verən sonsuzluq halı (Hipoqonadotropik-hipoqonadizm,Hiperprolaktinemiya,Tireoid vəz xəstəlikləri,,klinefelter sindromu,və s. ).
Bu zaman Xəstə ətraflı müayinələrdən keçib, hormonal analizlərə baxıldıqdan sonra düzgün seçilmiş müalicə taktikası nəticəsində sonsuzluq halı aradan qalxır.
4. Kriptorxizm-Testislerin yəni xayaların xayalığa enməməsi qasıq kanalında yada kiçik çanaqda qalması halıdır.Vaxtında aşkar olunmuş kriptorxizm cərrahi əməliyyatdan sonra sonsuzluq halının qarşısı alınır.
5. Cinsi yolla keçirilmiş infeksiyalar-Cinsi yolla keçirilmiş infeksiyalar sonsuzluğa səbəb ola bilir. Düzgün seçilmiş antibiotikoterapiya nəticəsində mikroblardan təmizlənilir və problem aradan qalxır.
6. Sosial mühit yaşam faktoru.... (siqaret,spirtli içkilərə aludəçilik,narkomaniya)

Sonsuqluğun səbəbləri genişdir . Vaxtdında Toy qabağı aparılmış müayinələr nəticəsində sonsuzluğu yaradan faktor aşkar olunarsa yeni qurulmuş ailədə sonsuzluq problemi ilə qarşılaşma halları azalmış olar.