RANDEVU AL

PROSTAT VƏZ XƏSTƏLİKLƏRİ HANSILARDIR

PROSTAT VƏZ XƏSTƏLİKLƏRİ HANSILARDIR
Prostat vəz kişilərdə olan şabalıd böyüklüyündə bir orqandır. Kiçik çanaqda sidik kisəsinin çıxış hissəsində olub,uretranın ətrafını əhatə edir. Yeni doğulmuşlarda və uşaqlarda çox kiçik olub, gənc yaşlarda Testosteron hormonunun təsiri ilə böyüyub 20ml-ə çatır. Digər orqanlarla müqayisədə çox kiçik orqan olmasına baxmayaraq, orta yaş həddini keçmiş kişilərdə önəmli xəstəlik qaynağıdır.

Prostat vəz 3 bölgəyə ayrılır: Mərkəzi zona, periferik zona və keçiş zonası. Periferik zona prostat vəzin arxa hissəsində yerləşir. Bu bölgə Prostat xərçənginin və Prostatitin əmələ gəlməsində ən uyğun yerdir. Kişilərdə ən çox rast gəlinən Prostat vəzin xoşxassəli hiperplaziyası isə mərkəzi zonada əmələ gəlir.

Prostat vəzin funksiyası: Prostat vəz spermanın tərkib hissəsini təşkil edən maye ifraz edir. Orqazm zamanı Prostat vəz və toxum kisəciklərinin yığılması nəticəsində, içərisində olan spermanın tərkib hissəsini təşkil edən qatışıqları ifraz edir.

Prostat vəzin ən çox görülən xəstəlikləri.


Qeyd etdiyimiz kimi prostat vəz uretranı əhatə etdiyindən prostat vəzdə hər hansı bir problem olduğu zaman sidik ifrazında, sidik kisəsinin boşalmasında müəyyən problemlər yaranır.

Prostat vəzin ən çox görülən 3 xəstəliyi vardır.
1. Kişilərdə potensial olaraq ölümcül xəstəliklər sırasında ikinci yer alan Prostat vəz xəstəlikləri arasında birinci yer tutan prostat xərçəngi.
2. Tez-tez sidiyəgetmə və sidik ifrazı zamanı ifrazın zəifləməsi ilə müşahidə olunan və orta yaş həddini keçmiş kişilərdə çox rast gəlinən Prostat vəzin xoşxassəli hiperplaziyası.
3. Əsasən gənc və orta yaş kişilərdə ağrı, anus nahiyyəsində, xayalarda ,aralıq nahiyyəsində ağrıların olmasıyla nəticələnən Prostatit.

Ümumiyyətlə hər 3 Prostat xəstəliyi normal yaşam tərzini pozur. Kişilərdə Prostat vəz xəstəlikləri zamanı çox vaxt xəstələr simptomlara əhəmiyyət vermirlər və vaxtında həkimə müraciət etmirlər və xəstəlik dahada irəliləmiş halda həkimin köməyinə ehtiyyac duyurlar... Vaxtında müayinə və müalicə olunduqda dahada çətin müalicə olunan problemlərin qarşısını almış olursunuz !