RANDEVU AL

Haqqımda

Doktor Ağa Ağazadə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir. 2009-2011 cu illərdə N saylı H/h-nin tibb xidmət rəisi vəzifəsində çalışmışdır.2011-2015-ci illərdə Masallı Rayon Mərkəzi xəstəxanasında Androloq vəzifəsində çalışmış bu ərəfədə (2013-2014) Türkiyə Cumhuriyyəti Samsun 19 Mayıs Universitetində Urologiya şöbəsində Andrologiya üzrə təkmilləşmə kursu keçmişdir.

Kişi sonsuzluğunun yaranma səbəbləri və müasir müalicə üsulları,kişilərdə cinsi aktın yaranma mexanizmi ,cinsi zəiflik ,yaranma səbəbləri və müalicə üsulları,erkən boşalmanın yaranma səbəbləri və müasir müalicə üsulları,Peyroni xəstəliyi,yaranma səbəbləri və müalicə üsulları,priapizm xəstəliyi,qadınlarda cinsi marağın(libido) azalması və ya itməsi,orqazm problemləri və müasir müalicə üsulları barədə seminarlar hazırlamış və çıxış etmişdir.

2015-ci ildən HAYAT Clinic-də Uroloq-Androloq vəzifəsində çalışır.