RANDEVU AL

KİŞİLƏRDƏ ORQAZM POZĞUNLUQLARI

KİŞİLƏRDƏ ORQAZM POZĞUNLUQLARI
Kişilərdə orqazm pozğunluqları: Gecikmiş eyakülyasiya (boşalmanın gecikməsi), Aneyakulyasiya (boşalmanın olmaması), Anorqazm(orqazmın olmaması) olmaqla 3 yerə ayrılır.

Kişilərdə orqazm pozğunluğu Orqanik və psixoloji olaraq 2 yerə ayrılır.
Sinir sisteminə təsir edən dərmanlar, müxtəlif xəstəliklər,keçirilmiş cərrahi əməliyyatlar və sairə səbəb ola bilir.
Müxtəlif sinir sistemi xəstəlikləri: onurğa beyni yaralanmaları, Prostat vəz əməliyyatları, Düz bağırsaq əməliyyatları, sidik kisəsində aparılan cərrahi, cinsi yolla keçirilmiş infeksiyalar, uretrit, sistit, Cinsiyyət yollarının vərəmi, Hormonal səbəblər, müxtəlif dərmanlar, aşırı dərəcədə spirtli içkilərdən istifadə bu problemlərə yol aça bilir.

Bütün bu problemlərlə yanaşı psixoloji mənşəli Orqazm pozğunluqlarına rast gəlmək mümkündür.
Aparılmış geniş androloji müayinələrdən sonra problemin səbəbini tapıb düzgün müalicə olunduqda xəstələrdə yenidən orqazm bərpa olunur.