RANDEVU AL

ONURĞA BEYNİ ZƏDƏLƏNMƏSİ VƏ CİNSİ ZƏİFLİK

ONURĞA BEYNİ ZƏDƏLƏNMƏSİ VƏ CİNSİ ZƏİFLİK
Onurğa beyni zədələnməsindən sonra 2 il müddətində kişilərin 85%-də cinsi fəaliyyət əvvəllki vəziyyətə qayıda bilir. Lakin Cinsi fəaliyyət həmişə arzu edilən səviyyədə olmaya bilər və davamlı şəkildə baş verməyə bilər. Bu xəstələrin 5-75% arasında cinsi fəaliyyətdə müvəffəq ola bilirlər
Bildiyimiz kimi Ereksiya: refleksogen, psixogen və gecə ereksiyaları olmaqla 3 yerə ayrılır.
Refleksogen ereksiyalar tenasül üzvlərinə toxunaraq yaradılan ereksiyadır. Psixogen ereksiya isə,görmə-eşitmə, fantaziyalar ilə baş verir. Baş beyindən gələn siqnallar, onurğa beynindəki ereksiya mərkəzinə (T11-L2,S2-S4) təsir edərək ereksiyaya təkan verir.
Gecə ereksiyaları isə yuxuda bash verir və mexanizmi hələ dəqiq bilinmir, gecə yuxu boyunca ritmik olaraq bir neçə dəfə baş verir.
Cinsi fəaliyyətdə rol oynayan mərkəzlər yerləşməsinə görə bir neçə hissəyə ayrılır və ereksiyanın keyfiyyəti onurğa beyninin hansı hissəsinin zədələnməsi və zədələnmənin dərəcəsindən aslıdır.
Ümumiyyətlə Onurğa beyninin Sakral hissəsində (S2-S4) zədələnmə olduqda ereksiyanın yaranması birmənalı olaraq baş tutmur. Zədələnmənin səviyyəsi yuxarı qalxdıqca ereksiya yaratmaq və ereksiyanı davam etdirmək mümkündür.