RANDEVU AL

SİQARET VƏ SONSUZLUQ

SİQARET VƏ SONSUZLUQ
Siqaretin sonsuzluq üzərindəki təsiri günümüzə qədər araşdırlımış və təsdiqlənmişdir.Müəyyən olunmuşdur ki,siqaret tüstüsü yaydığı karsinogen maddələr,300-dən çox politsiklik aromatik hidrokarbonla sonsuzluğa səbəb olur.Bundan başqa kadmium,Arsen,Butan,Ammonyak,Karbon monooksid,formaldehid və başqa bir çox maddələr sonsuzluğa səbəb olan maddələrdir.Öyrəşmə verməsindən əlavə,metaboliti vasitəsiylə vazokonstruksiyaya səbəb olan nikotin,cinsi orqanlara aid toxumalarda toplanmaq xüsusiyyətinə malikdir.Siqaret sərbəst oksigen radikalları olan zərərli maddələri və spermada leykositləri artıraraq,sonsuzluğa səbəb olur.Çəkilən siqaretin miqdarı və çəkilmə vaxtı ilə ortaya çıxan mənfi təsirlər arasında korelyasiya vardır.
Sonsuzluğu olan siqaret çəkən şəxslərdə İnsulinə bənzər böyümə faktoru(IGF-1) getdikcə spermanın tərkibində azalaraq sperma hüceyrələrinin hərəkətliyini aşağı salır.
Ümumiyyətlə siqaretin tərkibində olan maddələr sperma parametrlərində ciddi dəyişikliklərə səbəb olur.Beləki,Sperma həcmində,Konsentrasiyasında,Sperma hüceyrələrinin sayı və hərəkətliliyində ciddi şəkildə azalma baş verir.
Sonsuzluqla müraciət edən passientlərdə siqaret faktoru varsa,siqaretin tərgidilməsi yönündə təlqinlərin olunması və passientlərin bu yöndə cəsarətləndirilməsi,müalicənin ilk və önəmli addımlarındandır.