RANDEVU AL

QADINLARDA DOĞUŞDAN SONRA CİNSİ FUNKSİYANIN AZALMASI

QADINLARDA DOĞUŞDAN SONRA CİNSİ FUNKSİYANIN AZALMASI
Analıq hissi hər bir qadın üçün əvəzedilməz bir duyğudur.Lakin doğum zamanı kiçik çanaq əzələlərinə həddindən artıq iş düşməsi,doğumdan sonra hər bir qadında,fiziki,psixoloji ve sosial təsirlərin birlikdə təsir etməsi seksual disfunksiyaya gətirib çıxardır.

Qadınların 40-45%-də doğum sonrası seksual disfunksiyaya rast gəlinir.Əksər hallarda qadınlarda doğuşdan 6 ay sonra cinsi funksiya normallaşır.
Doğuşdan sonra seksual disfunksiyanın rast gəlinmə səbəbini araşdırdıqda müəyyən olunmuşdurki:Doğuş zamanı fiziki travma,Vaginal qanaxma,stress və yeni doğulan uşağa qarşı məsuliyyət hissinin artmsı,Süd vəzilərdində gərilmə hissi,İnfeksiya qorxusu,yorğunluq,libidonun azalması,Cazibədarlığın azalması kimi fikirlər,fiziki görünüşdə dəyişiklik hissi,depressiya və sair kimi səbəblərdən rast gəlinir.Bütün bunlarla yanaşı həmdə doğuşdan sonrakı dövrdə qanda estrogen hormonunun səviyyəsinin aşağı düşməsi vaginal quruluğa səbəb olurki buda cinsi əlaqə zamanı ağrıyla nəticələnir(disparoniya).

Araşdırmalar nəticəsində müəyyən olunmuşdurki doğuşdan sonrakı cinsi funksiyanın azalması ən çox vaginal doğumdan sonra baş verir,çünki bu zaman çanaq əzələləri həddindən çox yükləndiyindən travmaya səbəb olur.Qarın və çanaq orqanlarının funksiyasında kiçik çanaq əzələlərinin rolu olduğunu ,eləcədə orqazm zamanı qeyri iradi ritmik yığılmalar zamanı önəm daşıdığını nəzərə alsaq,doğuşdan sonra bu əzələlərin funksiyasının azalması orqazm pozğunluğuna (anorqazm) və vaginal hissiyatsızlığa səbəb olur.Bunlarla yanaşı bəzi hallarda həmdə doğuş zamanı kiçik çanaqda yerləşən sinirlərin zədələnməsidə seksual funskiyanın pozulmasına gətirib çıxardır.

Normal vaginal doğumdan sonra ilk 6 həftə ilə 6v ay arasında cinsi əlaqə zamanı vaginal hissiyatsızlıq,orqazm ola bilməmək,cinzi marağın azalması kimi problemlər yarana bilir.Vaginal doğuş zamanı müdaxilə olunan hallarda kiçik çanaqda travma,sinir zədələnməsi(pudendal sinir),baş verdikdə seksual disfunksiyaya səbəb olur.