RANDEVU AL

QADINLARDA ORQAZM POZĞUNLUĞU

QADINLARDA ORQAZM POZĞUNLUĞU
Qadınlarda orqazm pozğunluğu bir çox səbəblərdən baş verə bilir. Başlıca olaraq səbəbləri Psixoloji və Orqanik olaraq iki yerə ayırmaq olar:

Psixoloji səbəblərə nəzər saldıqda qadınlarda stress faktoru, düzgün seçilməyən poza, cinsi əlaqənin requlyator olmaması, emosional durum və s.

Orqanik faktorlar dedikdə orqanizmdə olan hər hansi xəstəliklər fonunda baş verən orqazm pozğunluğu, qadın cinsiyyət sistemində olan xəstəliklər, cinsi yolla keçirilmiş infeksiyalar, hormonal problemlər, keçirilmiş cərrahi əməliyyatlar və s.

Bunlarla yanaşı qeyd etmək istəyirəm ki, qadınlarda cinsi əlaqə 4 fazadan ibarətdir.
1. libido, yəni cinsi istək
2. uyarılma, yəni qıcıqlanma
3. orqazm
4. rezolusyon, yenidən hazırlıq

Cinsi əlaqə zamanı qadınlarda bu fazalar bir birini tamamlayır. Sübut olunmuşdur ki qadınların 40-60%-i orqazma çata bilmir bunun səbəbi kişilərdə olan erkən boşalmanın baş verməsidir. Kişilərdə olan erkən boşalma zamanı qadınlarda uyarılma, yəni qıcıqlanma fazasında zəncir qırılır və bu zaman qadın orqazma çatmır. Buna görə də öncül olaraq kişilərdə olan erkən boşalma müalicə olunduqda problem aradan qalxır. Müalicə olunmadıqda qadınlar bütün həyatları boyu orqazmın nə olduğunu bilmir. Vaxtında ixtisas həkiminə edilən müraciət, aparılmış müayinə, səbəbin aşkar olunub müalicə olunması - qadınlarda orqazm probleminin həll olunmasiyla nəticələnir.