CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALAR, URETRAL AXINTI

Uretrit zamanı sidik kanalından gələn axıntı ilə birlikdə, dizurik əlamətlər də görülə bilər. Tez-tez sidiyə getmə, ani sidiyə getmə hissi, sidik kisəsinin iltihabına görə daha zəif görülən haldır.
Uretrit ən çox N.Gonorrhea və Trichomonas vaginalis infeksiyaları zamanı müşahidə olunur.
Xlamidia infeksiyasının aşkar olunmasında, cinsi partnyorların məlumatlandırılması və müalicəsi baxımından önəmlidir.
Uretritlərin Qonokkok infeksiyasından başqa 20-30%-ni Ureoplazma Ureolitikum, Mikoplazma genitalum və ya Mikoplazma hominis, infeksiyaları təşkil edir. Bu infeksiyalar gizli gedə bilər. Bunun üçün hal hazırda ən müasir analiz metodu olan Polimeraz Zəncirvari Reaksiyası(PZR) ilə bunları aşkara çıxarıb müalicə etmək mümkündür.
Urogenital infeksiyaları vaxtında aşkara çıxarıb düzgün müalicə edən zaman gələcəkdə rast gəlinən fəsadların qarşısı alınmış olur.