RANDEVU AL

ERKƏN BOŞALMA NƏDİR

ERKƏN BOŞALMA NƏDİR
Kişiləri ən çox narahat edən və sinir sisteminin pozulmasına qədər gətirib çıxaran vaxtından əvvəl boşalma 20-30% ə qədər hallarda rast gəlinir. Erkən boşalmanın səbəbləri müxtəlifdir. Beləki ilk oncə ondə duran səbəblərdən biri psixoloji gərginliyin olmasıdır. Düzgün seçilməmiş poza, Requlyator cinsi əlaqədə olmamaq,qadina qarşı olan marağın dahada yüksək olması və sairə halları misal göstərmək olar.

Digər səbəblərdən cinsi yolla keçən infeksiytaları misal göstərmək olar. Belə ki, infeksiyaya yoluxduqdan sonra bir müddət keçdikdə vaxtında müalicə olunmadıqda və ya düzgün müalicə olunmadıqda infeksiya prostat vəzə qədər gedib çıxır və Prostat vəzin ilthabı yaranır buna Prostatit deyilir.

Bundan əlavə orqanizmdə hormonal disbalans olduqda erkən boşalma baş verə bilir, ələxsus da Zob xəstəliyi zamanı, testosteron hormonu yüksək olduqda, Prolaktin hormonu normadan aşağı səviyyəyə düşdükdə erkən boşalma halları baş verir.

Erkən boşalmanın müalicəsində müasir dövrdə psixoterapiya üstünlük təşkil edir. Bundan başqa yerli keyləşdiricilər yəni cinsiyyət üzvünə istifadə olunan kremlər vardır. Dərman müalicəsi də mümkündür.