RANDEVU AL

QADINLARDA MİQREN XƏSTƏLİYİ VƏ CİNSİ FƏALİYYƏTİN POZULMASI

QADINLARDA MİQREN XƏSTƏLİYİ VƏ CİNSİ FƏALİYYƏTİN POZULMASI
Miqren bir çox qadınlara təsir edən:depressiya,yuxu pozğunluğu və cinsi funksiyanın pozulması ilə nəticələnən xroniki xəstəlikdir.

Çox vaxt Miqrenli xəstələri müayinə edən zaman cinsi funksiyanın pozulmasına diqqət yetirilmir.
Miqren xəstəsi olan qadınların cinsi funksiyasının bütün mərhələlərinin itməsi müşahidə olunur.
Bunlar arasında cinsi maraq azlığı, Cinsi qıcıqlara cavabsız qalma,orqazm pozğunluğu daxildir.
Miqrenli xəstələrdə cinsi funksiyanın pozulma səbəbi tam məlum deyil.Müəyyən olunmuşdurki miqrenli xəstələrin qəbul etdikləri,antiepileptik dərmanlar,ağrıkəsicilər və digər dərmanların uzunmüddətli istifadəsi,cinsi fəaliyyətin mərkəzi və periferik cavablandırılmasında rol oynayan sinir ötürücülərin tarazlığını pozur.

Bunları nəzərə alaraq miqrenli xəstələri müayinə zamanı cinsi funksiyanın pozulması nəzərə alınmalı və lazımi tədbirlər görülməlidir.