RANDEVU AL

XAYALARINIZI YÜKSƏK TEMPERATURDAN QORUYUN…

XAYALARINIZI YÜKSƏK TEMPERATURDAN QORUYUN…
Xayaların bədən temperaturundan 2-4 dərəcə aşağı temperaturda öz fəaliyyətini normal davam etdirir. Xayalarda temperaturun artması sonsuzluq üçün potensial risk faktorudur. Aparılan araşdırmalar nəticəsində xayada temperaturun artması spermatogenezdə rol oynayan hüceyrələrin sıradan çıxmasına və sperma hüceyrələrinin hərəkətliliyinin və morfologiyasının pozulmasına gətirib çıxardır. Kriptorxizm, Varikosel, Yüksək qızdırmalı xəstələrdə yüksək temperatur spermanın keyfiyyətinin aşağı düşməsiylə nəticələnir. Buna görədə Varikoseli olan xəstələrdə aparılan əməliyyat sonrası xayada temperaturun normallaşması, sperma keyfiyyətlərinin normala qayitmasiyla nəticələnir.
Tez-tez saunalardan istifadə olunması, uzun müddətli oturaq şərait, (İş şəraiti uzun müddəli avtomobil idarə etmə,və ya uzunmüddətli ofis işi), sıx, dar alt paltarın geyilməsi, noutbookların uzunmüddətli dizüstü qoyulması, xayalarda temperaturun artmasına və spermatogenezin pozulmasına gətirib çıxardır…